Oksana Rəsulova yeni klipini təqdim etdi – FOTO + VİDEO

Oksana Rəsulova yeni klipini təqdim etdi – FOTO + VİDEO

Rəqqasə Oksana Rəsulova yeni klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, o, ekran işində “Naino main sapna” (“Gözlərimdə arzu”) adlı hind mahnısına qurduğu rəqsini nümayiş etdirib.

Klipdə O.Rəsulovanın rəhbərlik etdiyi “Chandramukhi” rəqs qrupunun üzvlərindən Türkan Sadıqzadə, Günay Bəndəliyeva, Aynur Ramazanova, Arzu Rəhimova, Səbinə Qaragözlü, Ləman Məmmədova, Lili Baxış və digərləri yer alıb.


İki gün davam edən çəkilişlər Şamaxıda və Novxanıda aparılıb.

Klipin rejissoru Nail Naiboğludur.

0
16