Acundan fantastik addım - Aya 150 min aliment ödəyəcək - YENİLƏNİB

Acundan fantastik addım - Aya 150 min aliment ödəyəcək  - YENİLƏNİB

13 illik həyat yoldaşından boşanan Türkiyənin tanınmış televiziya siması Acun İlıcalının qızına və xanımına aylıq verəcəyi təzminatın dəyəri müəyyənləşib, Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, A.İlıcalı hər ay qızlarına da xanımına da 75 min pul verəcək. Ümumilikdə hər ay 150 min ödəyəcək.  Bu qərar A.İlıcalıya məxsusdur. O üstəlik Mayami, Bodrum, Beykoz da olan evlərini də boşandığı xanıma verib.

Onu da əlavə edək ki, A.İlıcalının xanımı Zeynəb İlıcalı daha öncəki açıqlamasında təzminatda maraqlı olmadığını söyləmişdi.

10:25

Türkiyənin tanınmış televizya ulduzu Acun İlıcalı 13 il bir yerdə olduğu həyat yoldaşı Zeynəb İlıcalıdan rəsmən ayrılıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, A.İlıcalı keçən ilin yanvar ayında məhkəməyə ərizəylə müraciət edərək, boşanmaq istədiyini bildirmişdi. Onun müraciətinə isə ötən gün Şilə məhkəməsində baxılıb. Beləliklə cütlük 10 dəqqə içində rəsmən boşanıb. Cütlüyün Yasemin və Leyla adlı qızlarının himayəsi isə Zeynəb İlıcalıda qalıb.

0
15