Gələn həftə Mərkəzi Bank depozit hərracı keçirəcək

Gələn həftə Mərkəzi Bank depozit hərracı keçirəcək

Sayca 4-cü olacaq bu hərracda əhalidən 100 milyon manat toplanması proqnozlaşdırılır.

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Oxu.Az xəbər verir ki, iyulun 18-də keçiriləcək dolayı depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 30 gün təşkil edir.

“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

Bu hərrac sayca AMB-nin təşkil etdiyi 4-cü depozit satışıdır. Bundan əvvəl iyulun 11-də keçirilən depozit hərracında AMB aylıq 5,96% faiz dərəcəsi ilə 50 mln. manat cəlb edib. İlk depozit hərracı isə bu il iyunun 13-də baş tutub. Həmin hərracda AMB planlaşdırdığı 150 milyon manat əvəzinə, 129 milyon manat depozit cəlb edə bilib. Həmin vəsaitlər aylıq 6,49% faiz dərəcəsi ilə yerləşdirilib.

0
21