Gömrük rəsmiləşdirilməsi ilə bağlı daha bir YENİLİK

Gömrük rəsmiləşdirilməsi ilə bağlı daha bir YENİLİK

İyulun 13-də Dövlət Gömrük Komitəsində “Risklərin İdarə Olunması sistemi əsasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl Dəhliz” prinsipi” mövzusunda təqdimat keçirilib. Lent.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, beynəlxalq ticarət sistemində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ticarət münasibətlərinin daha mürəkkəb xarakter alması, ticarət-təchizat zəncirində qlobal təhlükələrin artması, həmçinin gömrük sisteminin inkişafı ilə bağlı Azərbaycan hökumətinin müəyyən etdiyi prioritet hədəflər Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində daha çevik və müasir metodların tətbiqini tələb edir.

Aydın Əliyev yeni sistemin tətbiqini prezident İlham Əliyevin bu ilin birinci yarısında gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması ilə bağlı imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərin həllinə  uyğun olaraq atılmış mühüm addım kimi qiymətləndirib.

Komitə sədri onu da bildirib ki, gömrük xidmətində risklərin idarə olunması sisteminin tətbiqi beynəlxalq təcrübədə təkmil sərhəd idarəçiliyi həllərinin ən mühüm komponentlərindən biri olaraq qəbul edilir.

Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev tətbiq olunan yeniliyə əsasən sərhəd gömrük buraxılış məntəqələrində, həmçinin gömrük rəsmiləşdirilməsi zamanı daxili gömrük orqanlarında mallara və nəqliyyat vasitələrinə qabaqcadan müəyyən olunmuş risk meyarları və risk profilləri əsasında gömrük nəzarəti həyata keçiriləcəyini bildirib. İqbal Babayev yeni  sistemin  gömrük qanunvericiliyinin tələblərinə riayət edən sahibkarlara bir sıra üstünlüklər gətirməklə gömrük əməliyyatlarını daha asan, çevik və daha az xərclə həyata keçirməyə imkan verəcəyini vurğulayıb.

0
16