Bakıda orta məktəbdə silah-sursat tapıldı

Bakıda orta məktəbdə silah-sursat tapıldı

Faktla bağlı araşdırma aparılır.

Bakı şəhərində orta məktəbdə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah-sursat tapılması barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə müraciət edib.

Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0
11