Corc Buş Dallasda polisin yas mərasimində oynayıb – VİDEO

Corc Buş Dallasda polisin yas mərasimində oynayıb – VİDEO

ABŞ-ın sabiq prezidentinin qəribə davranışının videosu YouTube-da yayılıb.

Dallasda ölən polisin yas mərasimində iştirak edən ABŞ-ın sabiq prezidenti Corc Buş-kiçik “respublikanın hərbi himni” səslənərkən yerində oynamağa başlayıb.

Oxu.Az xəbər verir ki, Buşun qəribə davranışının videosu YouTube-da yayılıb.

Videoçarxın kadrlarında sabiq dövlət başçısının gülümsədiyi və musiqi sədaları altında oynadığı görünür. Bu davranış ABŞ-ın hazırkı prezidenti Barak Obama və onun həyat yoldaşı Mişelin, eləcə də Buşun öz həyat yoldaşının təəccübünə səbəb olub.

İyulun 7-dən 8-nə keçən gecə Dallasda atışma nəticəsində beş polis ölüb, yeddi polis və iki mülki vətəndaş yaralanıb.

0
13