“Kurtlar vadisi”nin aktyoru reanimasiyaya yerləşdirildi

“Kurtlar vadisi”nin aktyoru reanimasiyaya yerləşdirildi

“Kurtlar vadisi” serialında Aksaçlı obrazını canlandıran aktyor Kuzey Vargın reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə müğənni, bəstəkar və aktyor Onur Akay “Twitter” hesabında məlumat verib.

“Əfsanəvi aktyorumuz Kuzey Vargın Mərmərədə reanimasiyaya yerləşdirilib. Həyatla ölüm arasında mübarizə aparır. Sənətkarımız üçün dualarınızı əskik etməyin”,-deyə O.Akay yazıb.

Kuzey Vargın 2014-ci ildə yüksək təzyiqlə bağlı yaşadığı problemlərə görə Mərmərədəki xəstəxanalardan birində müalicə almış, zaman-zaman şüur ​​itkisi yaşamış və sonra sağlamlığına qovuşaraq xəstəxanadan evə yazılmışdı.

Aktyor 2015-ci ildə isə Parkinson xəstəliyinə görə müalicə olunmuşdu.

Aytən Sadıqzadə

0
5