“The Daily Mail”: Azərbaycanda krandan su içmək təhlükəlidir

“The Daily Mail”: Azərbaycanda krandan su içmək təhlükəlidir

Bu nöqteyi-nəzərdən Avropa ölkələri daha təhlükəsizdir.

Britaniyalılar kran suyunun təhlükəli olduğu ölkələrin siyahısını tərtib ediblər.

Oxu.Az xəbər verir ki, Britaniyanın “The Daily Mail” nəşri turistlər üçün kran suyunun içməli olduğu ölkələrin xəritəsini tərtib edib.

Bu nöqteyi-nəzərdən Avropa ölkələri daha təhlükəsizdir, amma heç də hamısı yox. Məsələn, Sloveniyada rahatlıqla kran suyunu içmək olar, amma qonşu Xorvatiyada bunu etmək lazım deyil.

Baltikyanı ölkələrdə də vəziyyət dəyişkəndir – daha çox təhlükəsiz olanlar Finlandiya və Latviyadır, Estoniya və Litva isə təhlükəlidir.

Təhlükəli olan ölkələr sırasına Moldova, Belarus, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan və Qazaxıstan, həmçinin Bolqarıstan, Monte-Neqro, Kipr və bir sıra ölkələr daxildir.

0
11