Britaniyada bu gün hökumət başçısı dəyişəcək

Britaniyada bu gün hökumət başçısı dəyişəcək

Krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.

Britaniyada bu gün hökumət başçısı dəyişəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, son 6 ildə hökumətə başçılıq edən Devid Kemeron istefaya gedəcək, onu Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey əvəzləyəcək.

Məlumata görə, 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub.

“Dəmir ledi” Marqarit Tetçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.

Xatırladaq ki, hazırkı baş nazir Devid Kemeron 23 iyun referendumunda britaniyalıların 51,9%-nin ölkənin Avropa İttifaqı tərkibindən çıxması lehinə səs verməsinin səhərisi gün istefa verdiyini bildirib. Kemeronun özü Böyük Britaniyanın Avropa İttifaqı tərkibində qalması lehinə təbliğat aparırdı.

0
14