Acun Ilıcalı boşandı – FOTO

Acun Ilıcalı boşandı – FOTO

13 ildir evli olan aparıcı, teleprodüser Acun Ilıcalı həyat yoldaşı Zeynep Ilıcalı ilə yollarını rəsmi şəkildə ayırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Cütlük Şilə Ailə Məhkəməsində qarşılıqlı razılaşma əsasında boşanıb.

Boşanma iddiasını 2015-ci ilin yanvar ayında açan Acun Ilıcalı ilə Zeynep Ilıcalının məhkəmə prosesi 10 dəqiqə çəkib. Cütlüyün Yasemin və Leyla adlarındakı qızlarının vəlayəti anaya verilib.

Qeyd edək ki, Acun Ilıcalı hazırda model Şeyma Subaşı ilə qeyri-rəsmi nikahla yaşayır. Teleaparıcının S.Subaşı ilə münasibətlərindən bir, boşandığı həyat yoldaşından isə iki qız övladı var.

Aytən Sadıqzadə

0
5