Xəzəryanı dövlətlərin XİN rəhbərləri Astanada toplandılar

Xəzəryanı dövlətlərin XİN rəhbərləri Astanada toplandılar

“Tərəflər bir sıra razılaşma layihəsini nəzərdən keçirməlidirlər”.

Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclası keçirilir.

Oxu.Az “Kazinform”a istinadən xəbər verir ki, tədbiri açan Qazaxıstan XİN rəhbəri Yerlan İdrisov görüşün bu formatda ölkəsində ilk dəfə keçirildiyini və “Xəzər beşliyinin” beşinci sammitinə hazırılığında mühüm mərhələ olduğunu bildirib.

“Samballı hüquqi bazaya baxmayaraq, “Xəzər beşliyi” müxtəlif sahələrdə beynəlxalq müqavilələrin hazırlanması tepmini artırmaq niyyətindədir.

Bu, ilk növbədə, ayrı-ayrı istiqamətlər üzrə səalihiyyətli orqanlar arasında Xəzər dənizində təhlükəsizlik sferasında əməkdaşlıq haqqında razılaşma üzrə nazirliklərarası protokolların hazırlanması məsələlərinə aiddir”, - Y.İdrisov bildirib.

“Tərəflər bir sıra razılaşma layihəsini nəzərdən keçirməlidirlər. İlkin razılaşmaya görə, beştərəfli sahə sənədləri üzrə işin gedişatı haqqında məsələ görşümüzün gündəminin ayrı müddəası olacaq”, - Y.İdrisov sözlərinə əlavə edib.

Qeyd edək ki, iclasda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iştirak edir.

0
12