“Qarabağ” azarkeşlərindən maraqlı addım

“Qarabağ” azarkeşlərindən maraqlı addım

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində hazırda keçirilən “Qarabağ” – “Düdelanj” matçına ev sahiblərinin azarkeşləri maraqlı addımla başlayıblar. Apasport.az saytının məlumatına görə, “İmarət” fan-klubu şəhidlərimizi yad edib.

Belə ki, onlar aprel döyüşlərində şəhid olan Raquf Orucovun şəkli həkk olunmuş plakat açıblar. Dünyasını dəyişməsəydi, Orucov bu gün 44-cü ad gününü qeyd edəcəkdi. Məhz bunu nəzərə alan “İmarət”in məlum addımı yerinə düşüb.

Bundan əlavə, azarkeşlər “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını da səsləndirərək, Orucovun timsalında bütün şəhidlərimizi yad ediblər.

0
11