Dağıstanda avtobus “KamAZ”la toqquşdu: 7 ölü, 26 yaralı - YENİLƏNİB

Dağıstanda avtobus “KamAZ”la toqquşdu: 7 ölü, 26 yaralı - YENİLƏNİB

Dağıstanda Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə regional FHN-nin nümayəndəsi bildirib.

Qəza Talovka yaşayış məntəqəsinin ərazisində baş verib.

“İlkin məlumata görə, 7 nəfər ölüb, avtobusda ümumilikdə 33 nəfər olub. Xəsarət alanlar Tarumovka və Koçubey yaşayış məntəqələrinin tibb müəssisələrinə çatdırılıblar”,  deyə FHN-nin nümayəndəsi bildirib.

 Məlumata görə, qəza nəticəsində 26 nəfər xəsarət alıb.

***** 03.24

Dağıstanda sərnişin avtobusunun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə  Dağıstanın hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, qəza iyulun 12-dən 13-nə keçən gecə baş verib. Avtobus Dərbənddən Anapa-ya yollanırmış.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

0
24