Dərbənddə atışma: 2 polis yaralandı

Dərbənddə atışma: 2 polis yaralandı

Dağıstanda silahlı cinayətkarın onu təqib edən polis əməkdaşlarına atəş açması nəticəsində iki asayiş keşikçisi yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “TASS”a Dağıstan DİN-in mətbuat xidmətindən bildirilib.  

“İlkin məlumata görə, Dərbənd şəhərində polis əməkdaşları cinayətkarı təqib edərkən, sonuncu avtomobildən atəş açıb, nəticədə iki polis yaralanıb”, - deyə qurumdan bildirilib.

İnsidentin təfərrüatları aydınlaşdırılır.

0
18