İranda daha bir qrup terrorçu tutuldu

İranda daha bir qrup terrorçu tutuldu

İranda diversiyalar törətməyi planlaşdıran 6 terrorçu saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə İranın  kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Ələvi bildirib.

“Bu şəxslər terrorçu qruplaşmalarla əlaqədə olublar və Beynəlxalq Əl-Qüds Gününə həsr olunmuş tədbirlər zamanı diversiya aktları törətməyi planlaşdırıblar. Onlar müəyyən edilərək saxlanılıblar”, - deyə nazir bildirərək, saxlanılmaların müxtəlif şəhərlərdə həyata keçirildiyini qeyd edib.

Ələvinin sözlərinə görə, saxlanılan şəxslərin dindirilməsi zamanı onlarla əlbir olan daha bir neçə şəxs müəyyən edilib. Onların saxlanılması istiqamətində əməliyyat davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl İranda 50 obyektdə partlayış törətməyi planlaşdıran 10 silahlı saxlanılıb.

Silahlılar terror aktlarını paytaxt Tehranda və digər bölgələrdə həyata keçirməyi planlaşdırıblar. Onlar məsafədən idarə olunan partlayıcı qurğulardan və üzərilərinə quraşdırılmış kamikadzelərdən istifadə etmək niyyətində olublar.

Saxlanılan şəxslərdən 2 tondan çox partlayıcı maddə götürülüb.  

0
11