“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

Riçard Almeyda dubla imza atıb.

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhləsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu Tofiq Bəhramov adına stadiounda Lüksemburqun “Düdelanj” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

10-cu dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirərək matçda hesabı açıb. 27-ci dəqiqədə braziliyalı futbolçu ikinci topu “Düdelanj”ın qapısından keçirərək oyunda yekun hesabı müəyyən edib.

Cavab qarşılaşması bir həftə sonra, iyulun 19-da, Lüksemburqda keçiriləcək.

0
10