Yol polisi zabiti ağır qəzada dünyasını dəyişdi

Yol polisi zabiti ağır qəzada dünyasını dəyişdi

Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrosiklla hərəkət edən zaman idarəetməni itirib.

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Tovuz-Düzqışlaq avtomobil yolunda qeydə alınıb.

Hadisə yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrosiklla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlar tərəfindən araşdırma aparılır.

0
232