“Qarabağ”ın oyunu aprel şəhidlərinin anılması ilə başlayıb

“Qarabağ”ın oyunu aprel şəhidlərinin anılması ilə başlayıb

Qarşılaşma Tofiq Bəhrəmov adına stadionda keçirilir.

“Qarabağ” azarkeşləri Lüksemburq “Düdelanj”ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə aprel döyüşlərində dünyasını dəyişən şəhidləri anıblar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, fanatlar bu gün 44 yaşı tamamlanan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər.

Azarkeşlər “Şəhidlər ölməz, vətən bölünməz” şüarları da səsləndiriblər.

0
10