Sanders seçki kampaniyasını rəsmi tərk etdi

Sanders seçki kampaniyasını rəsmi tərk etdi

ABŞ prezidenti postuna Demokratlar Partiyasından namizəd Berni Sanders rəsmi olaraq partiya üzrə rəqibi Hillari Klintonu dəstəkləyərək seçki kampaniyasını tərk edib.

Bu barədə APA “Röyters”ə istinadən xəbər verir.

“Hillari Klintonun ABŞ-ın növbəti prezidenti olacağından əmin olmaq üçün mən əlimdən gələni etmək niyyətindəyəm”, - deyə Sanders bildirib.

Respublikaçılar Partiyasından əsas namizəd Donald Tramp Sandersin Klintona dəstəyini saxtalaşdırılmış sistemin bir hissəsi adlandırıb.

0
14