Bakıya sığınmış erməniyə hücum olundu

Bakıya sığınmış erməniyə hücum olundu

“Ağ rəngli “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi”.

Bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçüncü ölkəyə gedən erməni hüquq müdafiəçisi Vahan Martirosyana Odessada hücum olub.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Odessa vilayətinin Belyayevka qəsəbəsində Vahan Martirosyanı naməlum avtomobillə vurmaq istəyiblər.

Martirosyan bununla bağlı açıqlama da verib:

“Ağ rəngli “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi. Sonra sürücü birdən sürəti artırdı və maşını üstümə sürdü. Mən yoldan kənara tullandım, ayağım zədələndi. Onlar Belyayevka tərəfə getdilər. Mən avtomobildə kimlərin olduğunu aydınlaşdırmağa çalışdım. Qonşumun polisdə işləyən oğlu dedi ki, şəhərdə belə maşın yoxdur və həmin maşının kimə məxsus olduğunu bilmir”.

O, “sizə edilən sui-qəsdi nə ilə əlaqələndirirsiniz?” sualına belə cavab verib:

“Bir müddət əvvəl mən Bakıda olduğum zaman Xocalı Soyqırımı və 1988-ci ildə Spitak zəlzələsi zamanı Ermənistana yardıma gedərkən vurulan təyyarədə həlak olmuş azərbaycanlıların xatirə abidəsini ziyarət etdiyim görüntülər yayıldı. Bundan əvvəl də mənə və ailəmə qarşı təhdidlər olmuşdu. Belə düşünürəm ki, bu həmin kadrlara cavab reaksiyası idi. Həmçinin bu mənim Ermənistanın hərbi-siyasi elitası barədə yazdığım məqalələrə cavab ola bilər”.

0
21