Vergi Məcəlləsində dəyişiklik edildi - FƏRMAN

Vergi Məcəlləsində dəyişiklik edildi - FƏRMAN Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunda dəyişiklik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:   1.1. aşağıdakı məzmunda 15.1.15-2-ci maddə əlavə edilsin:   “15.1.15-2. bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək;”;   1.2. aşağıdakı məzmunda 24.0.7-1-ci maddə əlavə edilsin:   “24.0.7-1. bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etməyə, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etməyə;”;   1.3. 165.1.3-cü maddədə “malların” sözündən sonra “ (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) ” sözləri əlavə edilsin;   1.4. aşağıdakı məzmunda 165.3-cü maddə əlavə edilsin:   “165.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.   1.5. 194.1-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir”.   Qanunun 1.1-1.4-cü maddələri 2016-cı ilin 16 iyun tarixindən tətbiq edilir.  
0
23