“Nabat” filminin rejissorunun 50 illik yubileyi keçirildi

“Nabat” filminin rejissorunun 50 illik yubileyi keçirildi

Azərbaycan Kinematoqrafçılar İttifaqının, Türkiyə Sənədli Filmçilər Birliyinin üzvü, kinorejissor, ssenari müəllifi Elçin Musaoğlunun anadan olmağının 50 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Oxu.Az xəbər verir ki, Elçin Musaoğlu “Qum dənəsi”, “Azad Mirzəcanzadə”, “O quzeylər”, “Tofiq Bakıxanov”. “Gəmiqaya”, “Bir qəlbin iki dastanı”, “Basqal”, “Fotoqraf”, “Maestro”, “Mən kitabımı başlayıram” və sairə 50-dən artıq sənədli filmin, “40-cı qapı”, “Nabat” kimi bədii filmlərin ssenari müəllifi və rejissorudur.

“Nabat” filmi 30-a yaxın beynəlxalq film festivalında iştirak etmiş, 10-dan artıq mükafata layiq görülmüşdür.

Aytən Sadıqzadə

0
16