Bakı metrosunda qatar tüstüləndi

Bakı metrosunda qatar tüstüləndi

Sərnişinlər təxliyə olunub.

Bu gün “Bakı Metropoliteni”də qatarların birində tüstülənmə olub.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, sərnişinlər təxliyə olunub, qatar xətdən çıxarılıb.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiq edib.

Onun sözlərinə görə, hadisə kiçik texniki nasazlıq səbəbindən baş verib:

“Bu gün 39 saylı marşrut üzrə “Dərnəgül” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar saat 16:30 radələrində “Nəsimi” stansiyasında olarkən son vaqonunda texniki nasazlıq qeydə alınıb.

Lakin ciddi narahatlıq doğuran təhlükəli hal qeydə alınmayıb. Buna baxmayaraq, sərnişinlər dərhal vaqonlardan boşaldılıb, qatar isə xətdən çıxarılıb. Bu, qatarların hərəkət qrafikinə heç bir təsir etməyib və gecikmə halı da olmayıb. Çıxarılanın yerinə isə xəttə əlavə qatar qoşulub”.

0
10