Moskvada məscidin imamı terrorizmə aidiyyətli olmaqda şübhəli bilinir

Moskvada məscidin imamı terrorizmə aidiyyətli olmaqda şübhəli bilinir

Axtarış zamanı dini ədəbiyyat, elektron informasiya daşıyıcıları müsadirə edilib.

Moskvanın şimali-şərqində “Ərdəm” məscidinin imamı Mahmud Velitov terror fəaliyyətinə aidiyyətdə şübhəli bilinərək saxlanılıb.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

M.Velitova qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2 maddəsi (terror fəaliyyətinə çağırış və ya terror fəaliyyətinə bəraət qazandırmaq) üzrə ittiham irəli sürülüb. Günahı sübut edildiyi halda, o, iki ildən beş ilə qədər azadlıqdan məhrum edilə bilər.

Rusiya KİV-nin məlumatına görə, əməliyyatçılar Velitovun yaşadığı bir neçə ünvan üzrə axtarış aparıblar.

Axtarış zamanı dini ədəbiyyat, elektron informasiya daşıyıcıları, maliyyə sənədləri müsadirə edilib.

0
23