Ermənilər Barselonada pulların yuyulması ilə məşğul olurdular

Ermənilər Barselonada pulların yuyulması ilə məşğul olurdular

Polis 11 nəfəri saxlayıb.

Barselonada maliyyə cinayətləri ilə mübarizə üzrə əməliyyat çərçivəsində erməni əsilli biznesmen Arman Mailyana məxsus yapon mətbəxi restoranı bağlanıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Del Mundo” məlumat yayıb.

Axtarışdan sonra polis restoranın sahibi də daxil olmaqla 11 nəfəri saxlayıb.

İstintaqın versiyasına görə, şübhəlilər çirkli pulların yuyulması ilə məşğul olurdular.

Bundan başqa axtarışlar Barselonada bir sıra məkanlarda, o cümlədən də S`Aqaro kurortunda (Kosta Bravo, Kataloniya) aparılır.

0
14