Yeniyetmə qızı intim əlaqəyə cəlb edən futbolçu həbsdə qaldı - FOTO

Yeniyetmə qızı intim əlaqəyə cəlb edən futbolçu həbsdə qaldı - FOTO

Həbsdə olan futbolçu Adam Consonla bağlı qərar dəyişilməyib. Apasport.az saytı “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, məhkəmə İngiltərə yığmasının sabiq üzvünün apellyasiya şikayətini rədd edib.

Məlumatı Adam Consonun bacısı da təsdiqləyib. O, “twitter” hesabında qardaşının həbsdə qalacağını, onunla bağlı qərarın dəyişilməyəcəyini bildirib.

Qeyd edək ki, yeniyetmə qızı intim əlaqəyə cəlb etməkdə günahlandırılan Conson 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin rəyinə əsasən, futbolçu qızın 15 yaşında olduğunu bilə-bilə həmin hərəkəti edib.

Futbolçunun özü isə azyaşlı qızla yalnız öpüşdüyünü bildirib. Bu hadisədən sonra “Sanderlend” klubu Consonla müqaviləyə xitam verib.

0
9