“Trabzonspor” azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

“Trabzonspor” azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

Şeydayev yeni klubunda tibbi müayinədən də keçib.

“Zenit”dən ayrılan Azərbaycan əsilli futbolçu Ramil Şeydayevin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib.

Oxu.Az Apasport.az istinadən xəbər verir ki, “Trabzonspor” 20 yaşlı hücumçunu rəsmən heyətinə qatıb.

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Şeydayev qarşıdakı 4 ili “bordo-mavililər”in heyətində keçirəcək.

Şeydayevin “Trabzonspor”da nə qədər məvacib alacağı da bəlli olub. Qarşıdakı mövsümdə 430 min avro maaş alacaq futbolçu 2017-2018-ci il mövsümündə 350 min, 2018-2019-cu il mövsümündə 400 min, 2019-2020-ci il mövsümündə isə 450 min avro qazanacaq.

Şeydayev yeni klubunda tibbi müayinədən də keçib.

Qeyd edək ki, Ramil Şeydayev bu günlərdə AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib.

0
15