Nazir: 1,1 milyard manatdan çox sərmayə qoyulacaq

Nazir: 1,1 milyard manatdan çox sərmayə qoyulacaq

Azərbaycanda artıq 17 sahibkar bu istiqamətdə işə başlayıb.

Azərbaycanın sənaye parkları və məhəllələrinə 1,1 milyard manatdan çox sərmayə qoymaq planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev 2016-2020-ci illər üçün BMT-Azərbaycan çərçivə sazişinin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, 17 sahibkar 180 milyon manat dəyərində layihələrin reallaşdırılması çərçivəsində təşviqat sənədləri alıblar.

Ş.Mustafayev qeyd edib ki, bu tədbirlər minlərlə iş yerinin açılmasına imkan verəcək.

0
9