Neft Fondu 100 milyon dollarını satır

Neft Fondu 100 milyon dollarını satır

Bu gün Mərkəzi Bankın keçirdiyi hərracda təlabat yüksək olub.

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 100 mln. ABŞ dolları məbləğində vəsaitini valyuta hərracına çıxarıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, bu vəsait 29 banka satılıb.

ARDNF bildirir ki, il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.

12:39

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçiriləcək.

Oxu.Az xəbər verir ki, satışa Dövlət Neft Fondunun 200 mln. ABŞ dolları məbləğində vəsaiti çıxarılacağı gözlənilir.

Son keçirilən hərracda təlabatın artması ilə əlaqədar olaraq, bu gün satışa çıxarılan məbləğ 4 dəfə artırılacaq. Bu, Azərbaycan Mərkəzi Bankının dolların məzənnəsinin aşağı salmaq istəməsi ilə əsaslandırılır.

0
9