Gülər Əhmədovanın ölkədən çıxışına icazə verildi

Gülər Əhmədovanın ölkədən çıxışına icazə verildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Əhmədovanın şikayəti qismət təmin olunaraq onun ölkədən 3 aylıq çıxmasına icazə verilib.

Qeyd edək ki, G.Əhmədova cərrahiyyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin 8 aylıq götürülməsi barədə məhkəməyə vəsatət verib.

Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.

0
22