Ukraynada deputat güllələnib

Ukraynada deputat güllələnib

Ukraynada deputat Vasiliy Baqayçuk Odessa şəhərində ayağından güllələnib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Odessa vilayəti Çernomorsk Şəhər Şurasının deputatı, Şurada “Batkivşina” fraksiyasının rəhbəri V. Baqayçuk xəstəxanaya yerləşdirilib.

İki naməlum şəxs Pokrovaya küçəsində yerləşən barın yaxınlığında deputata travmatik silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. V. Baqayçuk hər iki baldırından yaralanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

0
5