Gürcüstanın müdafiə naziri istefa verəcək

Gürcüstanın müdafiə naziri istefa verəcək

O, seçki kampaniyasına qoşulacaq.

“Respublikaçılar Partiyası”nın üzvü olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və barışıq və mülki bərabərlik üzrə dövlət naziri Paata Zakareişvili bu günlərdə tutduqları postları tərk edəcək.

Oxu.Az-ın Gürcüstan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili məlumat verib.

Onun sözlərinə görə, Xidaşeli və Zakareişvili fəal şəkildə seçki kampaniyasına qoşulacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

0
8