Kürdəmirli futbolçu Türkiyə klubunda - 3 MİLYON QAZANACAQ

Kürdəmirli futbolçu Türkiyə klubunda - 3 MİLYON QAZANACAQ

Sankt-Peterburqun “Zenit” futbol klubunda yetişən azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klubuna keçidi yekunlaşıb. Lent.az xəbər verir ki, Türkiyə klubu bu gün Ramil Şeydayevlə 4 illik rəsmi müqavilə imzalandığını elan edib.

20 yaşlı hücumçu bu müddət ərzində Trabzon klubundan 1 milyon 630 min avro maaş (2,8 milyon manat) qazanacaq.

Tibbi baxışdan keçən 20 yaşlı oyunçu yeni komandasının Slovakiyadakı təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, buna qədər "Zenit"də çıxış edən Şaydayevin anası rus, atası isə Kürdəmirdəndi.

Onu da bildirək ki, Rusiyanın U-21 millisinə qədər yüksəlmiş futbolçu fikrini dəyişərək, Azərbaycan yığmasında forma geyinmək üçün AFFA-ya müraciət edib. Onun müraiciətinə necə cavab veriləcəyi maraqla gözlənilir.

0
14