Elmar Məmmədyarov Qazaxstana yollanacaq

Elmar Məmmədyarov Qazaxstana yollanacaq

XİN başçıları aktual regional və beynəlxalq məsələlərin müzakirəsini aparacaqlar.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin XİN başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfər edəcək.

Bu barədə Oxu.Az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Xəzəryanı beş ölkənin xarici işlər nazirlərinin görüşü iyulun 13-14-də Astanada keçiriləcək.

Şuranın gündəliyində duran məsələlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin təsdiqi və iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və ekologiya da daxil olmaqla, müxtəlif sahələrdə beştərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir.

XİN başçılarının danışıqlar zamanı aktual regional və beynəlxalq məsələlərin müzakirəsini də aparacağı gözlənilir. Görüşdə müzakirə ediləcək məsələlər sırasında, həmçinin 2016-cı ildə Qazaxıstanda keçirilməsi planlaşdırılan dövlət başçıları səviyyəsində 5-ci Xəzər sammitinə hazırlıq da olacaq.

0
10