Azərbaycanda pul köçürmələrinə nəzarət sərtləşdi

Azərbaycanda pul köçürmələrinə nəzarət sərtləşdi

Maliyyə Bazarlarına Nəzarət Palatası banklara müraciət etdi.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib.

Oxu.Az xəbər verir ki, bu müraciət MBNP-nın baş icraçı direktoru İbrahim Alışov və Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədovun adından edilib.

Müraciətdə bildirilir ki, Palata rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin pulköçürmələri ilə bağlı hesabat formasını təsdiq edib. Hesabat forması aylıq əsasda quruma təqdim olunmalıdır.

Qeyd edək ki, hesabat malların ixracı və idxalı, akkreditivlər və qabaqcadan ödənişlər, xidmətlər, gəlirlər və xərclər, cari transfertlər, kapital transfertləri, investisiyalar, hasilatın pay bölgüsü müqavilələri üzrə pulköçürmələrinə dair məlumatların təqdim olunmasını nəzərdə tutur.

0
18