Şahmar Mövsümov: Dollar-manat devalvasiyasında uduzanlar daha çox oldu

Şahmar Mövsümov: Dollar-manat devalvasiyasında uduzanlar daha çox oldu

Neft Fondu portfelini müxtəlif valyutalarda saxlayır ki, itkilər az olsun.

“İngiltərə funt sterlinqi dəyərdən düşsə də, ABŞ dolları dəyərini artırıb. Bizdə isə portfelin 50 faizi dollardadır”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

O qeyd edib ki, hansısa valyutanın qiymətdən düşməsi nisbidir:

“Biz valyutaların arxasınca düşmürük, hansı qalxdısa, qaçıb ondan almırıq. Bu gün manatda da elə vəziyyətdir. Dollar qalxdı, hamı qaçdı dollar aldı. Sonra manat lazım olanda manat aldılar və uduzdular”.

Ş.Mövsümov deyib ki, Neft Fondu portfelini müxtəlif valyutalarda saxlayır:

“Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümimilikdə portfelimizə təsir etməsin”.

0
14