Neft Fondu Türkiyədə əmlak almaq istəyir

Neft Fondu Türkiyədə əmlak almaq istəyir

“Yaxşı imkanların olduğu ölkələr daim diqqətimizdədir”.

Azərbaycan Dövlət Neft Fondu xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bunu fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

“Türkiyə bazarı bizim üçün maraqlıdır, variantları nəzərdən keçiririk. Yaxşı imkanların olduğu ölkələr daim diqqətimizdədir”, - deyə Ş.Mövsümov qeyd edib.

0
4