Sergey Lavrov: Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq

Sergey Lavrov: Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq

“Danışıqlar intensiv xarakter alıb”.

“Əvvəlki dövrlərlə müqayisədə indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin gedişatı barədə danışarkən deyib.

O qeyd edib ki, məlum səbəblərə görə, münaqişənin həlli ətrafındakı müzakirə mövzuları barədə geniş ictimai diskussiyalar aparılmır.

Öz növbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqların intensiv xarakter aldığını bildirib.

“Danışıqlar substanstv formada konkret məsələlər ətrafında aparılır. Son danışıqlara əsasən, həll edilməmiş məsələlər üzrə irəliləyiş əldə edə biləcəyimizi deyə bilərəm”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.

0
13