Amerikalılar polis zorakılığına qarşı etiraz aksiyası keçirirlər

Amerikalılar polis zorakılığına qarşı etiraz aksiyası keçirirlər

Aksiya iştirakçılarının çoxu öz ağızlarına yapışqan yapışdırırlar.

ABŞ-ın bir neçə şəhərində minlərlə insan hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən qaradərililərə qarşı qəddarlığa etiraz olaraq növbəti dəfə küçələrə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Atlantada (Corciya ştatı) nümayişçilər artıq beşinci gündür axşamlar şəhərin mərkəzi hissəsində bir neçə avtomobil yolunu bağlayırlar.

Onlar Corciya ştatının qubernatoru Nila Natanın evinin qarşısında keçirdikləri etiraz aksiyasında asayiş keşikçilərinə qaradərililərin qətllərinə son qoymağı tələb edirlər.

Çikaqoda (İllinoys ştatı) yüzlərlə etirazçı tez-tez polis əməkdaşlarının əsassız zorakılıqlarına qarşı yürüş keçirirlər.

Aksiya iştirakçılarının çoxu öz ağızlarına yapışqan yapışdırırlar. Onların sözlərinə görə, bu, qanun keşikçilərinin qəddar hərəkətləri ilə afroamerikan ictimaiyyətinin nümayəndələrinin susdurulmasını simvolizə edir.

“Associated Press” agentliyinin məlumatına görə, qaradərililərin hüquqları uğrunda mübarizə aparan “Black Lives Matter” hərəkatının üzvləri Memfisdə (Tennessi ştatında) Missisipi çayı üzərindəki körpünü müvəqqəti bağlaya biliblər.

Bildirilir ki, polis sonradan nümayişçiləri sıxışdıra bilib.

Etiraz aksiyaları həmçinin Kolorado, Kentukki, Luiziana ştatlarının müxtəlif şəhərlərində də keçirilir. Aksiyalarda ciddi iğtişaş halları barədə məlumat verilmir.

0
12