Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

“AzeriLight” markalı xam neftin bir bareli 47,24 dollardan satılıb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,09 dollar və yaxud 0,19% bahalaşıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 47,24 dollara bərabər olub.

Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

0
11