Məmmədyarovla Lavrovun görüşü başladı

Məmmədyarovla Lavrovun görüşü başladı

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunur.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlıq, əsasən isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunur.

Qeyd edək ki, S. Lavrov dünən Azərbaycana işgüzar səfərə gəlib. Elə dünən Rusiya XİN başçısının Azərbaycan prezidenti ilə görüşü olub.

0
11