Nəsrin Cavadzadəni ikiüzlü adlandırdılar – FOTO

Nəsrin Cavadzadəni ikiüzlü adlandırdılar – FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ABŞ-da qaradərililərə qarşı irqçi hücumları ilə gündəmdə olan polislərlə çəkdirdiyi fotosuna görə sosial şəbəkədə müzakirə obyektinə çevrilib.

Oxu.Az xəbər verir ki, Nyu-Yorkda üç polis əməkdaşı ilə birgə fotoşəkilini İnstaqram hesabında paylaşan aktrisanın bu davranışı izləyiciləri tərəfindən qınanılıb və irqçilikdə günahlandırılan polis təşkilatına dəstək kimi dəyərləndirilib.

Nəsrin Cavadzadə bir müddət əvvəl Türkiyədə baş verən Gəzi hadisələrində polislərin kobud davranışlarına qarşı çıxaraq paylaşdığı fotosu ilə də gündəmə gəlmişdi.

Sosial şəbəkə istifadəçiləri isə bir-birinə zidd olan paylaşımlarına görə aktrisanın ikiüzlü davrandığını yazıblar.

Aytən Sadıqzadə

0
17