Qobustanda daha bir ağır qəza: Ölən və yaralananlar var

Qobustanda daha bir ağır qəza: Ölən və yaralananlar var

Yol-nəqliyyat hadisəsi “Acıdərə” adlanan ərazisində qeydə alınıb.

Bakı-Şamaxı yolunda 1 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə iyulun 11-də axşam saat 20:00 radələrində magistral yolun 108-ci kilometrliyində, Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində qeydə alınıb.

“99-FT-702” dövlət nömrə nişanlı “Nissan” və “90-EX-685” dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı “VAZ 2107” markalı minik avtomobilindəki sərnişinlər -Tovuz rayon sakini 1959-cu il təvəllüdlü Bayramova Südabə Bahadur qızı, bacısı 1958-ci il təvəllüdlü Bayramova Roza Bahadur qızı, 1979-cu il təvəllüdlü Şükürova Samirə Gülbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Südabə Bayramova aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

0
24