Kerri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Kerri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ABŞ dövlət katibi Moskvaya Parisdən sonra yola düşəcək.

İyulun 14-də ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək.

Oxu.Az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

Onun sözlərinə görə, Con Kerri Moskvaya Parisdən, Fransa prezidenti F.Olland ilə görüşündən sonra səfər edəcək.

“Dövlət katibi səfər çərçivəsində Suriya, Ukraynadakı vəziyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək”, - deyə C.Kirbi bildirib.

0
20