Prezident yüksək vəzifəli məmurlara xəbərdarlıq etdi

Prezident yüksək vəzifəli məmurlara xəbərdarlıq etdi

Dövlət başçısı bildirib ki, torpaqlarla bağlı artıq arayış hazırlanıb.

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədəki yekun nitqində prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin zəruriliyini bir daha vurğulayıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, prezident AzTV ilə yayımlanan çıxışında bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqların hasarlandığını, istifadəsiz qaldığını bildirib. İlham Əliyevin sözlərinə görə, söhbət minlərlə hektarlıq torpaq sahələrindən gedir.

“Mən tapşırmışdım, artıq həmin torpaqlarla bağlı arayış hazırlayıb mənə təqdim ediblər. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara məxsusdur, adlar var. Yaxın vaxtlarda bu məsələ ilə bağlı tədbirlər görüləcək və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacaq, kənd təsərrüfatı məqsədi ilə istifadəyə yönəldiləcək. Çünki ölkədə istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlar qalmamalıdır” - prezident deyib.

Ilham Əliyev bildirib ki, bu məsələdə Prezident Administrasiyası verilmiş tapşırıqları yaxşı icra edib və bölgələrdə lazım olan işləri görüb.

0
11