Qara Qarayev prospektinin daha bir hissəsi təmir edilib - FOTO + VİDEO

Qara Qarayev prospektinin daha bir hissəsi təmir edilib - FOTO + VİDEO

Hazırda Dakar meydanında təmir-tikinti işləri aparılır.

Bakının Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsi, daha dəqiqi prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 metrlik hissəsi yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunub.

Hazırda Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri həyata keçirilir. Bu üzdən prospektin Nəsimi küçəsi ilə kəsişməsindən sözügedən dairəyə doğru nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yolunda da təmir işləri bitib. Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (Neftçilər metrosu) arasında yerləşən uzunluğu 750 metr, eni 12 metr olan köməkçi yolda isə təmir işləri davam etdirilir.

0
16