Sabah bəzi rayonlarda təbii qaz olmayacaq

Sabah bəzi rayonlarda təbii qaz olmayacaq

“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi.

İyulun 12-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə (Xaşa-xuna)” və “Zeytun”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Ovçubərə”, “Göytəpə”, “Cəlilabad”, “Günəşli” və “Biləsuvar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşa-Xuna, Zeytun və Şüvəlan qəsəbələrinin, o cümlədən, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

0
16