Ramil Şeydayev AFFA ilə danışıq aparır: Vətəndaşlığını dəyişəcək

Ramil Şeydayev AFFA ilə danışıq aparır:  Vətəndaşlığını dəyişəcək

“Zenit”in eks azərbaycanlı oyunçusu Ramil Şeydayev Azərbaycan vətəndaşlığına keçə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiyanın “championat.com” portalı xəbər yayıb.

Bildirilib ki, Rusiya vətəndaşı olan və bu ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş Şeydayev hazırda Bakıdadı və AFFA ilə Azərbaycan millisində çıxış etmək üçün danışıqlar aparır.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan hücumçu hazırda Sankt-Peterburq klubu ilə yollarını ayırıb və azad agent statusu daşıyır. Türkiyənin “Trabzonspor” klubu isə onunla danışıq apardıqları haqqında açıqlama yayıb.

0
31