Devid Kemeron gedir, Britaniyaya qadın başçılıq edəcək

Devid Kemeron gedir, Britaniyaya qadın başçılıq edəcək

“Mən şadam ki, bizim yeni baş nazirimiz Tereza Mey olacaq”.

Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, iyulun 13-də öz vəzifəsindən istefa verəcək.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, D.Kemeron bu barədə rəsmi qərargahının qarşısında jurnalistlərin qarşısında çıxışı zamanı deyib:

“Sabah Nazirlər Kabinetinin son iclasını keçirəcəyəm, çərşənbə günü isə İcmalar Palatasında baş nazirə suallar sessiyasında çıxış edəcəyəm. Bundan sonra Bukinqem sarayına gedib istefa ərizəmi verəcəyəm və bizim yeni baş nazirimiz olacaq”.

Kemeronun sözlərinə görə, ölkənin baş naziri postuna daxili işlər naziri Tereza Mey gələcək.

“Mən şadam ki, bizim yeni baş nazirimiz Tereza Mey olacaq. O, güclü siyasətçidir və gələcək illərdə ölkəyə lazım olanb lidderliyi təmin edəcək. Mən onu Terezanı dəstəkləyirəm”, - Kemeron deyib.

0
18