Bakıda oğru ev sahibinə bıçaqla xəsarət yetirilib

Bakıda oğru ev sahibinə bıçaqla xəsarət yetirilib

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda evə basqın olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Naməlum şəxs Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində yaşayan 1980-ci il təvəllüdlü Nazim Baxşıyevin evinə açıq qapıdan daxil olub.

Mənzilə daxil olan şəxs ev sahibinin əllərini yapışqanlı lentlə bağlayaraq üz və bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirib və 2500 manat pul götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

0
19